Saytımıza xoş gəlmisiniz

“Ölkəni müharibəyə hazırlamaq lazımdır” – Çalabyan

Oxunma sayı: 107

 2019/03/45645-1552375054.jpg

“İnsanların gözünə toz üfürməyi dayandırmaq və ölkəni müharibəyə hazırlamaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu “Milli Gündəlik” partiyasının həmtəsisçisi və şura üzvü Avetik Çalabyan ATƏT-in Minsk Qrupunun bəyanatına münasibət bildirərkən deyib.

“Minsk Qrupunun həmsədrləri bir daha “Madrid prinsipləri” əsasında Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyinə dair bəyanat yayıblar. Bəyanatın bütün tərəflərə ünvanlanmasına baxmayaraq, məntiqi olaraq bu daha çox erməni tərəfinə aid edilib. Belə ki, artıq indidən məlumdur ki, “Madrid prinsipləri” Qarabağ münaqişəsinin nizamlanmasının hüquqi əsasını təşkil edə bilməz. Bu erməni tərəfi üçün bir tərəfli güzəştə, nəhayət Qarabağda erməni dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq”, – deyə Çalabyan öz “Facebook” səhifəsində vurğulayıb.

Çalabyan qeyd edir ki, bu prinsiplər 2007-2009-cu illərdə formalaşdırılıb və həmin dövrdə münaqişənin nizamlanması üzrə qarşılıqlı güzəşt mexanizmi ilə bağlı təsəvvürləri ifadə edirdi. Bu, əvvəlcədən də ərazilərin Azərbaycana birtərəfli güzəştini, Qarabağın yekun statusunun müvəqqəti təxirə salınması, geri qayıdacaq azərbaycanlıların da nəticələrə təsir edə biləcəyi referendum yolu ilə həllini nəzərdə tuturdu.

“Aydındır ki, bu variant ərazi itkilərinə məruz qalmaqla yanaşı, artıq ermənilər üçün əlverişsiz mövqelərdə yeni müharibəyə gətirib çıxara bilər. Yaxud xarici qüvvələrin təsiri altında həyata keçirilən referendum vasitəsilə Qarabağın Azərbaycan tərkibinə qaytarılmasına gətirib çıxaracaq.

Ermənistanın yeni hakimiyyəti bu prinsipləri, Azərbaycanın xeyrinə hazırlandığını gözəl dərk edən köhnə hakimiyyətdən miras olaraq qəbul edib. Bunun əsasında Qarabağ məsələsinin ermənilərin xeyrinə nizamlanması mümkün deyil. Bu prinsipləri dəyişə bilməyərək, həmçinin ildən-ilə zəifləmiş mövqedən çıxış edərək, keçmiş hakimiyyət möcüzə gözləməklə, vaxtı uzatmağa üstünlük verirdi. Onların əli ilə möcüzənin baş verməyəcəyi aydın olduqda, əvvəlkilər “Madrid prinsipləri”ni miras olaraq yenilərə təhvil verdilər.

Bu gün Ermənistanın yeni hakimiyyəti mürrəkkəb iki seçim qarşısında qalıb.
Aydındır ki, bu prinsiplər əsasında imzalanan istənilən müqavilə ermənilərin böyük əksəriyyəti tərəfindən qəbul edilməyəcək. Bu müqavilə onu imzalayan hakimiyyətin sonunu gətirəcək. Bunu yeni, son vaxtlar öz hərbi ritorikalı bəyanatlarını kəskinləşdirən hakimiyyətin ayrıca üzvləri çox yaxşı dərk edir.

Digər tərəfdən bu gün danışıqlardan imtina edilməsi, artıq bu dəfə vasitəçi ölkələrin səssiz icazəsi və ermənilər üçün misli görünməmiş nəticələrə səbəb ola biləcək, Azərbaycanın yeni müharibə təşəbbüsünə imkan yaradacaq.

Bu gün münaqişənin həll yolu birmənalı deyil. Danışıqlar prosesində iştirak, gedişatda isə nizamlama prinsiplərinə təsir etməklə, vasitəçi ölkələrə bu prinsiplərlə münaqişənin həll olunmasının mümkünsüzlüyünü əsaslandırmaq lazımdır. Eyni zamanda həmin vasitəçi tərəflərlə birlikdə xüsusilə də son bir ildə kifayət qədər zərərçəkən ikitərəfli münasibətləri bərpa etmək lazımdır. Bu, yeni hakimiyyətin ən böyük səhvidir.

Nəhayət son olaraq, insanların gözünə toz üfürməyi dayandırmaq, ölkəni və bütün erməni aləmini müharibəyə hazırlamaq lazımdır”, – deyə Çalabyan öz fikirlərini izah edib.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*