Saytımıza xoş gəlmisiniz

“Ölümə doğru üç addım…” – Film təqdimatı (Foto/video)

Oxunma sayı: 671

Qarabağ bölgəsində yetərincə tanınan və böyük nüfuzu ilə seçilən ziyalılarımızdan biri – Arif Əliyevin həyatını  əks etdirən “Ölümə doğru üç addım, yaxud erməni girovluğunda 20 gün…” sənədli filminin təqdimat mərasimi keçirildi.

Karabakh.TV xəbər verir ki, mərasim Goranboy rayonunun Ağcakənd kəndində məskunlaşan Xocalı Mədəniyyət evində təşkil olunan mərasimi “Xənkəndi” məcburi köçkünlərə dəstək ictimai birliyinin sədri Xatirə Vəliyeva açaraq uzun illər Qarabağda rəhbər vəzifələrdə çalışmış Arif Əliyevin ermənilər tərəfindən girov götürülməsinə və 20 gün girovluqlu min bir əziyyətlərə qatlaşmasına toxunaraq filmdə bunun əks olunduğunu bildirdi. Sonra film nümayiş etdirildi.

Milli Məclisin deputatları Flora Qasımova, Elman Məmmədov, Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov, rayon təhsil şöbəsinin müdiri Kazım Əliyev və başqaları çıxış edərək filmin mənəvi əhəmiyyətini yüksək qiymətləndirdilər.

Arif Əliyev girovluq həyatından danışaraq belə bir filmin çəkilməsində əziyyəti olan hər bir şəxsə dərin minnətdarlığını bildirdi.

img_1366

img_1355

img_1361-1

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*