Saytımıza xoş gəlmisiniz

Ölümə doğru üç addım, yaxud erməni girovluğunda 20 GÜN… MÜSAHİBƏ

Oxunma sayı: 913

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Karabakh.TV-nin fəaliyyətinin təşkili və Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə təbliği” layihəsi çərçivəsində növbəti videomüsahibəni – Qarabağ hadisələri başlayanda keçmiş Ağdərə rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində işləyən, hazırda Ağcakənd qəsəbəsində məskunlaşan Arif Əliyevin müsahibəsini təqdim edir.

Qeyd edək ki, Arif Əliyev hadisələr zamanı millətçi ermənilərin məkrli planlarına qarşı çəkinmədən sərt mövqe nümayiş etdirib. Elə bu mövqeyə görə də ermənilər Arif Əliyevin fəaliyyətini zərərsizləşdirmək üçün onu girov götürüblər. Amansız işgəncələrə baxmayaraq Arif Əliyev Azərbaycan əleyhinə ifadələr işlətməkdən imtina edib…

Bütün bu hadisələr haqqında daha ətraflı Arif Əliyevin müsahibəsində tanış ola bilərsiniz.

İlham Cəmiloğlu / Karabakh.TV

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*