Saytımıza xoş gəlmisiniz

Ombudsman aparatının nümayəndələri hərbi təhsil müəssisələrində olublar

Oxunma sayı: 239

8bf2d341ace970c2b756d0943aa25d7c

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.

Karabakh.tv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev kursantların sosial-məişət şəraiti ilə tanış olub, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər. Yataq yerləri və mövsümi geyimlərə baxış keçirildikdən sonra qonaqlar kursantlarla görüşərək onların təhsilləri ilə də maraqlanıblar.

Ombudsman aparatının nümayəndələri kitabxanalara da baş çəkərək kursantların daha da yaxşı təhsil almaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olublar.

Sonda nümayəndələr təhsil ocaqlarının tibb məntəqələri və tədris otaqlarına da baxış keçiriblər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*