Saytımıza xoş gəlmisiniz

Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi

Oxunma sayı: 32

oktay_asadov_main_241115_2

Milli Məclisin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib.

Trend-in məlumatına görə, O.Əsədov bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirib, iclas keçirilib, müraciət olunub.

Spiker qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq fərmanından sonra bu məsələ həllini tapmalıdır:

“Tövsiyə edirəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və “Azərsığorta”nın əməkdaşlarını parlamentə dəvət etsin, məsələ müzakirə olunsun”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*