Saytımıza xoş gəlmisiniz

Orduda əsgər çatışmır, komissarlıqlar isə rüşvətə qurşanıb

Oxunma sayı: 1. 891

37038914_2115030818770614_8860645564623093760_n

Karabakh.tv “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, indi Ermənistan hüquq-mühafizə orqanlarının əsas diqqət mərkəzində hərbi komissarlıqlardır:

“Dünən Ermənistanın milli təhlükəsizlik xidməti Martuni rayonunda xüsusi əməliyyat keçirib. Nəticədə rayonun hərbi komissarı Qarik Arakelyan dindirilib. Yayılan məlumatlara görə, hərbi komissar çağırışçını hərbi xidmətdən azad etmək məqsədilə külli miqdarda rüşvət alıb. Arakelyandan başqa bu işlə əlaqəsi olan bir-neçə nəfərin də cinayət məsuliyyətinə cəlb olunduğu və dindiridiyi bildirilir.”

“Joxovur”un yazdığına görə, xüsusilə yay çağırış kampaniyasının başlaması ilə əlaqədar Ermənistanın bir sıra rayon hərbi komissarlıqlarında da əməliyyatlar keçirilir. Hüquq-mühafizə orqanları korrupsiya ilə bağlı halların qarşısını almaq məqsədilə kompleks yoxlamaları davam etdirir.”

Bütün bunlar düşmən dövlətdə ordunun komplektləşdirilməsilə bağlı yaşanan ciddi problemlərdən xəbər verir.

İbrahim Rüstəmli / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*