Saytımıza xoş gəlmisiniz

Ordudan yeni tərxis edilmiş erməni çayda boğuldu – DETALLAR

Oxunma sayı: 41

00-41-1539593441

Ermənistanın Sünik vilayət məhkəməsində Artur Mirzoyanın işi üzrə araşdırma davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 46 yaşlı Artur Mirzoyana iki nəfərin ölümünə səbəb olması barədə ittiham irəli sürülüb.

İttihama görə, 4 may 2017-ci il saat 09:00 radələrində Kacaran sakini, Zəngəzur mis molibden kombinatının sürücüsü Artur Mirzoyan, kombinata aid olan “Toyota Pradon”u idarə edərək, Vorotan kənd sakinləri olan bacı-qardaşı sərnişin qismində götürüb.

Daha sonra Gorus istiqamətində hərəkətini davam etdirən Mirzoyan, ərazidən 200 m sonra körpüdən keçərkən diqqətini yayındırıb və çaya düşüb. Maşına oturan sərnişinlər 19 yaşlı Astğik və 21 yaşlı Davit hadisə yerində ölüblər. Sürücü isə bədən
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, Davit Ermənistan ordusundan yeni tərxis edilmiş, bacısı isə yeni ailə qurmuşdu.

Qarabağ döyüşləri iştirakçısı və himayəsində azyaşlı uşaq olduğu nəzərə alınaraq, onun 4 il 6 ay müddətinə azadlıqdan mərhumetmə və 2 il sürücülük hüququndan məhrum edilməsinə dair cəza verilib.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*