Saytımıza xoş gəlmisiniz

PA rəsmisi: Bu gün Ermənistanda nasizm dövlət siyasəti kimi yürüdülür

Oxunma sayı: 93

trend_fuad_akhundov_190419

Bu gün Ermənistanda nasizm dövlət siyasəti kimi yürüdülür.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Avropa məkanında” adlı konfransda çıxış edən Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov deyib.

Onun sözlərinə görə, əvvəllər Ermənistan qədim Azərbaycan torpağı olub: “İki əsr əvvəl çar Rusiyası tərəfindən ermənilər oraya yerləşdirilib. Ermənistan monoetnik ölkədir, orada yalnız ermənilər yaşayır. Hazırda da Ermənistanın əhalisi yalnız ermənilərdən ibarətdir. Qafqaz elə bir regiondur ki, burada müxtəlif xalqlar yaşayır. Ona görə də monoetnik dövlətin burada olması çox təəccüblüdür. Yaponiya da monoetnik ölkədir. Ancaq bu, təbiidir, çünki bu ölkə hər tərəfdən su ilə əhatə olunub. Ermənistanın ətrafında isə Azərbaycan, Gürscüstan, Türkiyə var, onlar hamısı polietnik ölkələrdir”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*