Saytımıza xoş gəlmisiniz

Paşinyan Azərbaycanın artan gücünü etiraf etdi

Oxunma sayı: 631

34782450_2081572428783120_7421567212470665216_n

Karabakh.tv xəbər verir ki, iyunun 7-də parlamentin növbədənkənar iclasında çıxışında Paşinyan dolayısı ilə Azərbaycanın bölgədəki danılmaz rolunu, mütləq üstünlüyünü etiraf edib və buna alternativ olaraq bir sıra təkliflərlə çıxış edib.

Bildirib ki, Azərbaycanın sürətli inkişafına cavab olaraq biz innovativ sahədə fəaliyyətimizi gücləndirməli, iqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyalara, elmi biliklərə, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə diqqəti artırmalıyıq.

Xatırladaq ki, yeni hökumətin təklif etdiyi 29 səhifəlik proqramda hökumətin əsas fəaliyyət oriyentirləri, növbədənkənar parlament seçkilərinə hazırlıq, daxili və xarici təhlükəsizliyin təminatı, iqtisadiyyatın inkişafı və Ermənistan- Diaspor əlaqələrinin gücləndirilməsi kimi məsələlər də yer alıb.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*