Saytımıza xoş gəlmisiniz

Paşinyan: “Azərbaycanla nisbi sakitlik Düşənbə görüşlərinin nəticəsidir”

Oxunma sayı: 30

2018/11/45645-1542713681.jpg

“Ermənistan-Azərbaycan sərhədindəki nisbi sakitlik operativ əlaqənin nəticəsi deyil, Düşənbə razılaşmasının nəticəsidir”.
Ordu.az xəbər verir ki, bu sözləri bu gün Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, razılaşmaların əlaqədar komponentlərindən biri də Ermənistanla Azərbaycan arasındakı operativ əlaqədir.

“Lakin elə bəyanatlar eşidirəm ki, sanki operativ əlaqə dedikdə, mən və Azərbaycan prezidenti səhərdən axşamadək çatlaşırıq. Bu əlbəttə belə deyil. Yalnız zəruri olduğu halda informasiya ötürülür”, – deyə o qeyd edib.

Paşinyan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesinə dair mövqeyinin dəyişmədiyini və bu barədə dəfələrlə danışdığını vurğulayıb.

“Keçmişdə Qarabağın danışıqlar prosesi barədə məlumatlara mümkün qədər çox adam malik olmalı olduğu halda, məhdud sayda insanlar bununla tanış olub. Bu gün erməni xalqı heç vaxt olmadığı qədər danışıqlar prosesinin gedişatı ilə daha məlumatlıdır. Bu yanaşma davam edəcək”, – deyə Paşinyan əlavə edib.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*