Saytımıza xoş gəlmisiniz

Paşinyan göstəriş verdi: “Qara maskalı”lar Tsarukyanın obyektinə basqın etdilər

Oxunma sayı: 165

47ebf2096320f78ee7f8e3622b33f968_l_1536391601

Ermənistanda “qara maskalı”lar iş adamı, partiya sədri Qaqik Tsarukyanın obyektinə basqın ediblər. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan dövlət gəlirləri komitəsinin əməkdaşları “qara maskalılar”la iş adamı, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyana aid olan maye qaz doldurma stansiyasının ərazisinə basqın edərək hesabat sənədlərini tələb ediblər.

Məlumata görə, onlar həmin sənədləri əldə etdikdən sonra ərazidən uzaqlaşıblar.

Həyata keçirilən fəaliyyətin Ermənistan dövlət gəlirləri komitəsi tərəfindən həyata keçirilməsinə baxmayaraq, baş verənlər “Çiçəklənən Ermənistan” partiyası və “Vətəndaş müqaviləsi” partiyası arasında münasibətlərin gərgin olduğunu göstərir.

Bu cür fəaliyyətlər Paşinyanla razılaşdırılır, hətta onun birbaşa göstərişləri əsasında həyata keçirilir. Əks halda, baş verənlər Ermənistan dövlət gəlirləri komitəsinin və onun sədri Davit Ananyanın öz fəaliyyətinin nəticəsi kimi təqdim edilə bilməz.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*