Saytımıza xoş gəlmisiniz

Paşinyan hökumətini nüfuzdan salan növbəti yalan

Oxunma sayı: 319

35236155_2084830185124011_6074984867982999552_n

Paşinyan tərəfindən formalaşdırılan yeni hökumət öz siyasi komandasının vədindən bu dəfə də boyun qaçırtdı.

Karabakh.tv xəbər verir ki, nazirlər kabinetinin 11 iyun tarixində keçirilən növbəti iclasında “Pensiya tutumları haqqında” qanuna yeni əlavələr haqqında” qanun layihəsi təsdiq edilib.

Bu qanun 1 iyul 2018-ci ildə qüvvəyə minəcək. Qanunda  özəl sektora aid pensiya vergiləri ilə bağlı tutumlar ös əksini tapıb. Qeyd olunub ki, yeni əlavələr vergi ödəyicilərinin boynuna konkret məsuliyyət qoyur və bu, yeni qanunun tələbi ilə məcburi şəkildə reallaşdırılır.

Xatırladaq ki, may ayında keçirilən müzakirələrdə əmək və sosial məsələlər naziri dəfələrlə bəyan etmişdi ki, özəl sektorlarda pensiya tutumları könüllülük əsasında həyata keçiriləcək və bu məsələ ən azı 1 il müddətinə təxirə salınacaq.

Ancaq Paşinyan hökuməti heç kimin gözləmədiyi halda belə qənaətə gəlib ki, söz verdikləri kimi qərar qəbul olunsa, uzaq perspektivdə Ermənistan iqtisadiyyatı iflic vəziyyətinə düşəcək.

Eyni zamanda yeni hökumət vergi ödəmələrinin azaldılmasını vəd etsə də, konkret tədbirlər görülmür.

Hazırladı: İbrahim RÜSTƏMLİ / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*