Saytımıza xoş gəlmisiniz

Paşinyan KTMT-nin nizamnaməsində hüquqi boşluq axtarır: O, bundan yararlana biləcəkmi?

Oxunma sayı: 21

2018/11/34534-1541578689.jpg

Sabah Astanada keçriləcək KTMT-yə üzv ölkə rəhbərlərinin zirvə toplantısında müzakirə olunacaq əsas məsələlərdən biri KTMT Baş katibinin təyinatı məsələsi olacaq.

Ordu.az xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli, adı açıqlanmayan mənbə erməni KİV-lərinə müzakirələrlə bağlı bir sıra detalları açıqlayıb.

Mənbə, KTMT-nin nizamnaməsində hüquqi boşluq olduğunu, məsələnin siyasi və hüquqi olmaqla iki aspektə böyündüyünü qeyd edib.

“Təşkilat rəhbərinin müavinlərinin geri çağırılması qaydası KTMT-nin nizamnaməsində öz əksini tapsa da, Baş katibin geri çağırılması qaydası nizamnamədə öz əksini tapmayıb. Bununla da Baş katibin 3 il müddətinə təyin edilməsi barədə nizamnamənin növbəti maddəsi Ermənistan tərəfinin xeyrinə olaraq, üstünlük daşıyır. Beləliklə Nikol Paşinyan KTMT Baş katibi vəzifəsinin 2020-ci ilədək Ermənistana aid olduğunu iddia edə bilər. Əks halda təşkilatın nizamnaməsinin hansı bəndinə əsasən buna yol verilmədyini göstərməyi tələb etmək ixtiyarı var”, – deyə o bildirib.

Ermənistan XİN nümayəndəsi qeyd edib ki, hazırda XİN nümayəndələri səviyyəsində bu məsələ ilə bağlı ciddi müzakirələr davam edi: “Siyasi aspektə gəldikdə isə, Belarus dərhal öz namizədini irəli sürərək, məsələni qarışdırdı, daha sonra qərar olmadığını bəyan etdi. Xaçaturovu təyin etmək də bir o qədər asan baş verməmişdi. Azərbaycan bu təyinatın əleyhinə idi və təşkilatda onun maraqlarını Belarus təmsil edirdi. Ermənistanın KTMT-yə rəhbərlik etməsi indi Azərbaycanı susdurur. KTMT-nin hər hansı klub yox, ciddi qüvvələrə sahib olan, ciddi məsələləri müzakirə etmək üçün Baş katibin ölkə rəhbərlərinə çıxışı olan, ciddi bir hərbi təşkilat olduğunu unutmaq olmaz. Lavrovun bəyanatından məlum olduğu kimi Rusiya bundan narazıdır. Əvvəlcə bəli narazı idi, lakin sonra çox şey dəyişdi. Hazırda Ermənistana doğru daha çox meyillilik olduğunu demək olar. Son qərar mürəkkəb müzakirələrdən sonra məlum olacaq”.

Ermənistanın müdafiə nazirinin sabiq müavini Vağarşak Harutyunyanın KTMT-nin baş katibi vəzifəsinə Ermənistan tərəfindən namizədliyi müzakirələrin sonunda məlum olacaq. General Harutyunyanla görüş artıq baş tutub. Lakin erməni general, onunla bu barədə söhbət etmək istəyən jurnalistlərə heç bir şey şərh etmək istəmədiyini qeyd edib.

Paşinyan isə jurnalistlərlə görüşü zamanı, Vağarşak Harutyunyanın KTMT-nin Baş katibi vəzifəsinə Ermənistan tərəfindən rəsmi namizəd olaraq təqdim olunduğunu qeyd edib.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*