Saytımıza xoş gəlmisiniz

Paşinyan Mogerini ilə Qarabağı müzakirə edib

Oxunma sayı: 102

62806-1531376462

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına güclü dəstək verəcəyini bir daha təsdiq edir. 

AzVision.az xəbər verir ki, bu barədə Aİ-nın xarici siyasət və təhlükəszilik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Ermənistanın baş anziri Nikol Paşinyanla keçirdiyi görüşdə deyib.

“Bu kontekstdə tərəflərin Minsk qrupu həmsədrlərinin himayəsilə danışıqlar prosesində ilkin şərtlər olmadan tam şəkildə iştirak etmələri olduqca vacibdir”, – deyə görüşün yekununa dair Aİ-nın yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutub, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub.

Leyla Elbrusqızı
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*