Karabakh.tv “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik xidmətinin nizamnamə və strukturunun təsdiq edilməsilə bağlı sənədi imzalayıb.
Sənəddə milli təhlükəsizlik xidmətinin bir nömrəli əlavəsi və onun strukturuna aid, xüsusilə məxfi ikinci nömrəli əlavəsi təsdiqlənib.
İbrahim Rüstəmli / Karabakh.tv