Saytımıza xoş gəlmisiniz

Paşinyan” Rus NATO-su”na daş atıb NATO sammitinə getdi

Oxunma sayı: 63

31cb6b7185ad038ea1374bae57629118

KTMT-nin baş katibi, Rusiyanın sadiq adamı sayılan general Xaçaturov İrəvana istintaqa çağırıldı – kritik gəlişmə; Kremlin başqa bir adamı – “quyruğu” qapı arasında qalan Robert Köçəryan isə öz generallarını ələ verdi; Putinin cavabı nə olacaq?…

Bu gün – iyulun 11-də Brüsseldə NATO-ya üzv ölkələrin başçılarının iki günlük sammiti öz işinə başlayır. Sammitə Ermənistanın baş naziri Nikol Paşinyan da dəvətlidir. Artıq məlumdur ki, dəvət məmnuniyyətlə qəbul edilib. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, dünən Nikol Paşinyanın böyük bir nümayəndə heyəti ilə Belçika paytaxtına yola düşməsi gözlənilirdi.

Avropaya ilk rəsmi səfər çərçivəsində onun NATO baş katibi Yens Stoltenberq, habelə Avropa Birliyi (AB) rəsmiləri ilə, o cümlədən AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federiko Moqerini ilə görüşləri nəzərdə tutulub.

Rəsmi İrəvan həmin görüşlərə xüsusi önəm verir və bunu gizlətmir də. Belə ki, həm qərbyönlü Paşinyanın özü, həm də köməkçiləri səviyyəsində bir neçə dəfə bəyan edilib ki, Ermənistan NATO-ya artıq özünün mühüm təhlükəsizlik qarantı kimi baxır və bu yöndə ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Bu isə o anlama gəlir ki, Ermənistan Qərbdən lazımi zəmanət alacağı təqdirdə Rusiyanı istənilən an NATO və ABŞ-a dəyişə bilər.

Təbii ki, Rusiyada da Ermənistan ətrafında prosesləri diqqətlə izləyirlər. Ələlxüsus Paşinyanın Brüssel ziyarəti və orada veriləcək birgə bəyanatlar, rəsmi İrəvanın Qərbə reveransları şübhə yox ki, Kreml tərəfindən mikroskop altında analiz edilib nəticə çıxarılacaq.

*****

Paşinyan NATO ile ilgili görsel sonucu

Yeri gəlmişkən, NATO sammitinin gündəliyində “Rusiya aqressiyası” mövzusu da var. Bununla bağlı Gürcüstan və Ukrayna prezidentləri də Brüsselə dəvət olunub. Alyansa üzv ölkələrin liderləri onların hər ikisi ilə görüşəcək. Bundan əlavə, Gürcüstan, Ukrayna və NATO-nun Rusiya işğalı ilə bağlı birgə bəyanatı qəbul ediləcək.

Ermənistana gəlincə, elə birinci paradoks da budur ki, Rusiyanı haqlı olaraq işğalda suçlayıb sanksiyalar tətbiq edən Qərb postsovet məkanındakı başqa bir işğalçı ölkəyə – Ermənistana və onun baş nazirinə Rusiya kimi sanksiya siyasəti tətbiq eləmək əvəzinə, erməni işğalına göz yumur, ona qucaq açır, sammitə qatılmaq üçün xüsusi dəvət göndərir. “İkili standart” siyasəti yəni.

Paşinyan NATO ile ilgili görsel sonucu

Ümid edək ki, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ali toplantıda iştirakı Azərbaycan əleyhinə hansısa məkrli yanaşmaları önləyəcək və NATO-nun budəfəki yekun bəyannaməsində də Dağlıq Qarabağ konflikti ilə bağlı ədalətli mövqe əks olunacaq. Erməni tərəfinin arzusu gözündə qalacaq…

*****

Maraqlıdır ki, sanki Rusiyaya acıq verirmiş kimi Brüsselə yollanan Nikol Paşinyan gethagetdə, üstəlik, Kremlin “bostanına” daş atıb. Məlum olub ki, “Rus NATO-su” və ya “Putin İttifaqı” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov Ermənistan Xüsusi İstintaq Xidmətinə dəvət edilib. Bu barədə məlumatı qurumun özü yayıb.

KTMT ile ilgili görsel sonucu

Xaçaturovun 2008-ci il 1 mart qanlı hadisələri ilə bağlı şahid kimi dindiriləcəyi bildirilir (həmin vaxt prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən 10 dinc nümayişçi güllələnərək öldürülüb). Onun iyulun sonuna qədər istintaqa ifadə verəcəyi deyilir.

“Yeni Müsavat” xatırladır ki, Xaçaturov 1 mart hadisələri zamanı Ermənistan Silahlı Qüvvələri İrəvan qarnizonunun rəisi vəzifəsini tutub. S.Sərkisyanın prezident olmasından sonra o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. Erməni general bilavasitə Moskvanın adamı sayılır və İrəvandan çox Kremlə sadiqliyi ilə tanınır. Onun KTMT-yə baş katib gətirilməsində (2017) bu amil mühüm rol oynayıb.

Ancaq indi aydın olur ki, Moskvanın şübhəli nəzərlərlə baxdığı Paşinyan Kremlə sadiq generalı hətta həbsə atdıra bilər. Daha betəri, bununla Paşinyan 1 mart hadisələrində Moskvanın da əlinin olduğuna işarə vurur.   Bu, artıq Kremlə əlcək atmaqdır.

*****

Yeri gəlmişkən, Paşinyan Rusiyanın başqa bir adamını – 1 mart hadisələri zamanı Ermənistan prezidenti vəzifəsini icra eləmiş Robert Köçəryanı da təqib edir. O da ifadə vermək üçün istintaqa çağırılıb. Vəziyyətin gərgin olduğunu duyan Xocalı canisi isə Ermənistanı tərk edib. Deyilənlərə görə, Rusiyadan, Putindən siyasi sığınacaq almağa çalışır. Təbii ki, ittihamları da rədd edir.

“Ermənistanda 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmri prezident yox, müdafiə naziri verib”.Bunu Köçəryan “Yerevan Tudey” qəzetinə verdiyi yazılı müsahibədə bildirib (axar.az). Onun sözlərinə görə, məhz Ermənistanın o vaxtkı müdafiə naziri Mikayıl Arutyunyan ordunun etirazçılar üzərinə yeridilməsi haqqında məxfi N0038 əmrini verib.

Paşinyan NATO ile ilgili görsel sonucu

“Bu, daxili sənəddir və atılan addımlar müdafiə nazirinin səlahiyyətləri çərçivəsindədir. O zamankı konstitusiyaya görə, icraedici hakimiyyət müdafiə və təhlükəsizlik sferasında siyasətin reallaşmasını təmin edir, müdafiə naziri prezidentdən icazə almadan hərəkət etmək iqtidarına sahibdir. Müdafiə nazirini öz vəzifəsini yerinə yetirməkdə ittiham etmək absurddur”, – deyə Köçəryan bildirib.

O, 1 mart hadisələri zamanı silah tətbiq edilmədiyini və ordu bölmələrinin xalqla toqquşmalarda iştirak etmədiyini söyləyib. Köçəryan həmçinin 2008-ci il seçkisindən sonra hərbçiləri siyasi proseslərdən uzaq tutmağa çalışdığını bildirib. Həmin ilin 23 fevralında silahlı qüvvələrin rəhbər heyəti ilə keçirdiyi görüşdən danışan Köçəryan bunun cəmi yarım saat çəkdiyini bildirib və özünü yenə təmizə çıxarmağa çalışıb: “Ordu seçki sonrası proseslərə cəlb edilirdi. Mən ordunun siyasi proseslərə cəlb edilməsinin mümkünsüzlüyünü deyir, generallardan, o cümlədən ”Yerkrapa” təşkilatının rəhbər heyətindən tələb edirdim ki, mövqelərini müəyyən etsinlər”.

*****

Ancaq bu qəbildən açıqlamalara rəğmən, aydındır ki, ölkə prezidenti kimi o, baş vermiş qanlı hadisəyə görə yaxasını məsuliyyətdən kənara çəkə bilməz. “Quyruğu qapı arasında qalan” Xocalı hərbi canisi isə özünü xilas üçün generalları ələ verir. Tipik erməni gedişi yəni. Qalır indi bütün bunlara, o sırada NATO sammitinə yollanarkən “Rus NATO-su”na daş atan Paşinyanın hərəkətlərinə Kremlin hansı reaksiyanı verəcəyi…

“Yeni Müsavat”ın analitik xidməti

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*