Saytımıza xoş gəlmisiniz

Paşinyan Sarkisyanla görüşmək istəmir

Oxunma sayı: 93

15259-1526024710

Karabakh.tv erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla görüşmək istəmir. Bu haqda o, mayın 17-də hökumətin iclasından dərhal sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib:

“Bu görüş yalnız bir variantda – Qarabağ məsələsilə bağlı konkret informasiya əldə etmək zərurəti yarananda mümkündür.”

Bu haqda ümumi razılaşmanın olub olmaması haqqında jurnalistin sualına isə Paşinyan belə cavab verib:

“Ümumiyyətlə, belə bir görüşün mümkünlüyü real deyil. Mən ancaq nəzəri cəhətdən ehtimal olunanlardan bəhs edirəm.”

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*