Saytımıza xoş gəlmisiniz

Paşinyan Təhlükəsizlik Şurasının növbəti iclasını keçirib

Oxunma sayı: 189

2018/12/95895-1545379686.jpg

Ermənistan Təhlükəsizlik Şurası Baş nazir vəzifəsini icra edən Nikol Pashinyanın sədrliyi ilə ölkənin təhlükəsizlik sahəsinə aid məsələləri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

“Təhlükəsizlik mühitində baş verən inkişaflar barədə bəzi nəticələr çıxarmalı, həmçinin təhlükəsizliyimizin gələcək inkişafı, strategiyaları və taktikaları haqqında qərar qəbul etməliyik”, – deyə Paşinyan qeyd edib.

Paşinyan vurğulayıb ki, bu qərarı həyata keçirmək üçün konkret bir yol xəritəsi hazırlamaq və aydın bir fəaliyyət planı üçün istiqamətləndirmə lazımdır.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*