Saytımıza xoş gəlmisiniz

Paşinyanın fərarilərdən ibarət komandası

Oxunma sayı: 221

37302635_2119033928370303_1218514545799069696_n

”Bizə çatan  məlumatlara görə, Nikol Paşinyanın məmur övladlarının mütləq hərbi xidmətdə olması ilə bağlı bəyanatı ilk növbədə elə onun özünün komanda üzvlərinin narahatlığına səbəb olub.”

Karabakh.tv “Jamanak” qəzetinə istinadən xəbər verir ki, Paşinyanın komanda üzvlərinin mütləq əksəriyyəti fərarilərdən ibarətdir.

Bu barədə “Jamanak” qəzetində dərc olunan məqalədə daha sonra deyilir:

“Bu mövzu hökumətin yeni üzvlərini ona görə bərk narahat edir ki, heç onların özlərinin çoxu ordu sıralarında xidmət etməyib.

Bu fakt yaxın vaxtlarda üzə çıxan kimi əsl partlayış baş verəcək.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, “narıncı inqilab”dan sonra məsul vəzifələrə təyin olunan gənc kadrlar bu haqda öz aralarında qorxa-qorxa, asta səslə danışırlar, amma Nikol Paşinyanla bu barədə söhbət etməyə cəsarətləri çatmır.”

İbrahim Rüstəmli / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*