Saytımıza xoş gəlmisiniz

“Paşinyanın “parlaq” siyasəti və “problemsiz” erməni-rus münasibətləri haqda bunları bilmək lazımdır” – EKSPERTLƏR

Oxunma sayı: 220

2018/12/Pashi-1545478464.jpg

“Belarusun namizədi bəyan edib ki, Ermənistana gələrək Nikol Paşinyanla görüşməyə hazırdır. Yəni burda Ermənistanı gözardı etmək kimi bir problem yoxdur. Məsələ burasındadır ki, Ermənistan öz namizədinin KTMT Katibliyinə rəhbərlik etməsini iddia etdiyi bir vaxtda, Belarus digər ölkələrdən dəstək almağa, yalnız bundan sonra Ermənistanı təklif etdikləri variantı qəbul etməyə razı salmağa çalışdı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Edqar Vartanyan Belarusun KTMT Baş katibi vəzifəsinə namizədinin üzv dövlətlərin rəhbərləri ilə görüşünü şərh edərkən bildirib.


Lukaşenkonun Stanislav Zası KTMT-nin Baş katibi təyin olunması haqqında əmr imzaladığına dair mətbuatda yayılan məlumatları eşitdikdə Vartanyan təəccüblənərək qeyd edib: “Dövlətlərdən birinin öz razılığını vermədən, kimsə bu vəzifəyə necə təyin oluna bilər. Ermənistan hələ öz razılığını verməyib, Belarusun namizədi necə təyin edilib. Bu məlumat hələ dəqiqləşdirilməlidir. KTMT üzvü olan ölkələrlə belarusiyalı namizədin təyin edilməsi barədə razılığa gəlmək, nə deməkdir? Bu ölkələrin belarusiyalı namizədi dəstəklədikləri barədə rəsmi məlumatımız yoxdur”.

“Bu işlərin nə ilə yekunlaşacağını deyə bilmərəm, lakin qeyd edə bilərəm ki, KTMT-nin üzv ölkələri indiki məqamda Ermənistanın niyə bu vəzifəni daşıya bilməyəcəyini faktlarla sübut edə bilsələr, Ermənistanın güzəştə getməsi baş verə bilər. Bu halda Ermənistan niyə bu vəzifəni qəbul edə bilməz deyə dəqiq izahat və səbəbini tələb etməlidir”, – deyə erməni politoloq bildirib.

Hərbi ekspert Karen Vrtanesyan isə qeyd edib ki, ilk vaxtlarda Nikolun təbliğatçıları əmin edirdilər ki, Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi bizim KTMT-dəki mövqeyimizə təsir etməməlidir.


“Bir müddətdən sonra iddia edirdilər ki, istənilən halda Ermənistanın nümayəndəsi KTMT-nin Baş katibi təyin ediləcək. Daha sonra biz təsdiq etmədən Baş katib təyin edilməyəcək kimi fikirlər səslənməyə başladı. Bundan sonra KTMT-nin Baş katibi vəzifəsi heç nədir, 50-ci yerdə əhəmiyyət kəsb edən vəzifədir kimi fikirlər səsləndirməyə başladılar.

Amma indi faktiki olaraq Rusiya, Belarus, Qazaxstan, Tacikistan və Qırğızstan artıq KTMT-nin Baş katibinin Belarus nümayəndəsi olacağına dair razılığa gəliblər. Ermənistanın fikri daha heç kimi maraqlandırmır. Nikol Paşinyanın “parlaq” xarici siyasəti, hər hansı bir “problemi olmayan” erməni-rus münasibətləri haqqında bax bunları bilmək lazımdır”, – deyə o Paşinyanın apardığı siyasəti tənqid edib.

Xatırladaq ki, Belarusun namizədliyi artıq Qazaxıstan, Qırğıstan, Tacikistan və Rusiya ilə razılaşdırılıb. Stanislav Zas bu ölkələrdə olub və dövlət rəhbərləri ilə görüşüb.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*