Saytımıza xoş gəlmisiniz

Paşinyanın “Polonez” fobiyası

Oxunma sayı: 424

received_2121479961459033

“Belarusun Azərbaycana yaylım atəşli “Polonez” sistemlərini satması İrəvanla Minsk arasındakı münasibətləri gərginləşdirib.”

Karabakh.tv xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan “Avroradio”ya müsahibəsində səsləndirib.

“Əlbəttə, Belarusun Azərbaycana silah satmasından narahatıq. Bu, münasibətlərimizə ciddi əngəllər törədir. Bu haqda mən prezident Lukaşenko ilə söhbətimdə də bildirmişəm. Biz kollektiv təhlükəsizlik  birliyini üzvləriyik və hərbi-siyasi müttəfiqlərik. Ermənistanın bütün vətəndaşları  Belarusun Azərbaycana silah satmasından narahatdır.”

Jurnalistin “Ermənistan çalışırmı ki, Belarusun  Azərbaycana silah satmasını əngəlləsin və onu razılığa gətirsin?” sualına Nikol Paşinyan belə cavab verib:

“Sualı düzgün qurmamısız. Sadəcə bu yöndə münasibətlərimizi aydınlaşdırmağa çalışırıq. Ermənistan Belarusa hörmət bəsləyir. İnanırıq ki, Belarus da Ermənistanın maraqlarına hörmətlə yanaşacaq. Təəssüf ki, bu cür fəaliyyət qəbuledilməzdir. Mən bu haqda öz fikrimi birbaşa deyirəm.”

Xatırladaq ki, rəsmi Minsk az əvvəl bu narazılığa aydınlıq gətirmiş, Belarusun suveren dövlət kimi silah satışında azad və müstəqil olduğunu bəyan etmişdi.

İbrahim Rüstəmli / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*