Saytımıza xoş gəlmisiniz

Paşinyanın Strasburqda erməni icması ilə görüşündə qalmaqal yaranıb

Oxunma sayı: 76

nikol_pashinyan_150518

Aprelin 11-də Fransanın Strasburq şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanın erməni icması ilə görüşü zamanı qalmaqal yaranıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş zamanı icmanın nümayəndələrindən biri baş nazirə bildirib ki, indi də “məxməri inqilab”dan sonra da seçicilərin pulla ələ alınması halları var.

N.Paşinyan isə cavabında həmin şəxsin ölkəyə gəlməsini, bu barədə polisə məlumat verməsini məsləhət görüb: “Amma bu məlumatın doğru olmadığı sübut edilsə, sizi həbsə ata bilərlər”.

Lakin həmin şəxs öz fikrindən dönməyib. Vəziyyəti belə görən digər iştirakçılar da baş nazirə sual vermək istəyiblər və hay-küy yaranıb. N.Paşinyan çıxışını yarımçıq saxlamağa məcbur olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*