Saytımıza xoş gəlmisiniz

“Paşinyanın tələskənliyindən başlanğıc nöqtəyə qayıtmaq təhlükəmiz var” – Aşotyan

Oxunma sayı: 77

2019/03/45645-1552284627.jpg

“Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatı çox diqqətəlayiqdir”.

Ordu.az xəbər verir ki, bu sözləri ötən gün “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

“Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu, hazırkı danışıqlar prosesindəki vəziyyətlə bağlı ilk geniş, proqramlı və nisbətən birbaşa sözdür. Daha açıq desək, bunu tərəflərə ünvanlanmış dəqiq mesajlarla danışıqlar prosesinin saxlanılması və hərbi əməliyyatların bərpasının qarşısını almaq cəhdi kimi qiymətləndirirəm. Nikol Paşinyanın tələskənliyindən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz səylərinə həddindən artıq inam nəticəsində təxminən bir il keçdikdən sonra, təəssüf ki, Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının həyata keçirilməsinin zəruriliyini qeyd etmədən başlanğıc nöqtəsinə qayıtmaq təhlükəmiz var”, – deyə Aşotyan yazıb.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*