Saytımıza xoş gəlmisiniz

Paşinyanın uçan “imperiyası”

Oxunma sayı: 101

37363775_2118898648383831_4403687508265664512_n

Bugünlərdə Ermənistanın dövlət gəlirləri Komitəsinin sədri David Ananyan iddia edirdi ki, rəhbəri olduğu təşkilatda kadr islahatları tam mormal şəkildə aparılır, köhnə kadrlar öz vəzifələrinə ancaq yeni düşüncə tərzi ilə qayıda bilərlər. Lakin göz önündəki səhnə tamam fərqli məqamları ortaya çıxarıb.

Karabakh.tv xəbər verir ki, bu barədə “Jamanak” qəzetində yazılanlar vəziyyətin fərqli tərəflərindən xəbər verir.

Qəzetdə dərc olunmuş “Korrupsiyaya qurşanan sabiq kadrlar yeni düşüncə ilə işləyə bilməzlər” sərlövhəli məqalədə deyilir:

“Bunun ən bariz nümunəsi kimi Baqrataşen gömrük məntəqəsinə təyin olunan yeni rəisi göstərmək olar. Onun təyinatından sonra İrəvana idxal olunan mallar gömrük “ödənişi” olmadan ölkəyə buraxılmır. Rüşvət verməyənlər heç nəyi, hətta qanunda nəzərdə tutulan malları belə Ermənistana keçirə bilməz.  Bu “qayda-qanun” “Pitul” ləqəbi ilə tanınan Artur Kasparyanın müəllifliyilə yenidən gömrük məntəqəsinə “qaytarılıb”.

Pitul özü isə Levon Sarkisyanın yaxın qohumu, dövlət gəlirləri Komitəsinin sabiq sədrinin sponsor kimi tanınır. Təsadüfi deyil ki, “inqilabdan” dərhal sonra sadə müfəttişdən Baqrataşen gömrük məntəqəsinin rəisinə çevrilib.

Gömrük əməkdaşlarının özləri də iddia edirlər ki, hələ indiyədək məntəqəyə bu qədər savadsız və rüşvətxor adam rəhbərlik etməyib.”

Sonda “Jamanak” xüsusi vurğu ilə bildirir ki, Artur Kasparyanın adı vaxtilə rüşvət faktı ilə qaldırılmış cinayət işində hallanıb.

Bütün bunlar Paşinyan hökumətinə inamı kökündən sarsıdır, xalqın etimadını böyük bir sürətlə ümidsizlik girdabına sürükləyir. Görünən budur ki, ermənilər növbəti fiaskonun təsiri altında yenidən depressiya vəziyyətində çabalayırlar. Ancaq hələ ki, rüşvət faktının arxasında Paşinyanın özünün dayandığını iddia etməyə heç kim tələsmir. Hamı kütləvi şəkildə, narahatlıq içərisində hadisələrin sonunu gözləyir.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*