Saytımıza xoş gəlmisiniz

Patruşev Ermənistan TŞ katibini qəbul etmir: Səbəb?

Oxunma sayı: 38

2018/11/4565-1542358395.jpg

Nikolay Patruşev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul etməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan böyük səylərinə baxmayaraq, Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşevlə ikitərəfli görüş keçirə bilməyib.

Qeyd edək ki, KİV-lərdə dəfələrlə Rusiya tərəfinin Qriqoryana etibar etmədiyi və onunla birbaşa fəaliyyət göstərməkdən yayındığı barədə məqalələr dərc edilib.

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibliyindən göndərilən məlumatlar Ermənistan Təhlükəsizlik Şurasından yan keçməklə birbaşa Müdafiə Nazirliyinə ötürülür. Buna səbəb qeyd edildiyi kimi öz ictimai fəaliyyəti dövründə Armen Qriqoryanın Rusiya əleyhinə sərgilədiyi mövqeyi olub.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*