Saytımıza xoş gəlmisiniz

Politoloq: Dağlıq Qarabağ münaqişəsi saat mexanizmli bombadır

Oxunma sayı: 123

andreas_umland_160119

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması təkcə Cənubi Qafqaz üçün yox, həm də bütün dünya üçün problemdir, çünki irimiqyaslı hərbi əməliyyat riski daim artır.

Trend-in məlumatına görə, bunu “Vestnik Kavkaza” nəşrinə müsahibəsində almaniyalı politoloq Andreas Umland deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi saat mexanizmli bombadır və heç kim onun nə zaman partlayacağını bilmir:

“Bu məsələnin nizamlanması uzandıqca, daha da kəskinləşir və regional miqyasdan qlobal miqyasa keçmək təhlükəsi daşıyır. Ən pis nəticə isə Ermənistanla Azərbaycan arasında bərpa olunacaq müharibənin onların müttəfiqlərinin qoşulması ilə hərbi əməliyyatlara çevrilməsidir. Rusiya və Ermənistan KTMT-yə daxildir, Türkiyə isə 2010-cu ildə Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb”.

A.Umlandın sözlərinə görə, beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı və NATO münaqişənin nizamlanmasını görmək istərdi:

“Amma burada sadə həll yolu yoxdur və Dağlıq Qarabağ Avropadan da, ABŞ-dan da uzaqdadır. Fikrimcə, münaqişənin nizamlanması üzrə vasitəçilik məsələsində Qərb daha mühüm rol oynamalıdır, amma indi elə hesab etmək olar ki, qərb siyasətçiləri daha vacib hesab etdikləri məsələlərlə məşğuldur”.

Almaniyalı politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin zəmanəti Bakının Qarabağda azərbaycanlı və erməni icmalarının birgəyaşayışı üçün işğal olunmuş ərazilərin bərpasına hazırlığıdır:

“Bir müddət əvvəl Dağlıq Qarabağın azərbaycanlı icmasının təqdimatı göstərdi ki, indi problemin həlli üçün yaxşı imkan var. İcmanın nümayəndələri bildirib ki, onların Dağlıq Qarabağın erməni əhalisini birləşmiş Azərbaycanın tərkibinə qəbul etməyə hazırdır, erməni icmasının hüquqları və maraqları tam şəkildə qorunacaq. Bununla əlaqədar hesab edirəm ki, münaqişə həll oluna biləndir, lakin kifayət qədər səy göstərilmir”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*