Saytımıza xoş gəlmisiniz

Politoloq Levon Şirinyan: “Elə bir məqam gələcək ki, nəyisə həll etmək çox çətin olacaq”

Oxunma sayı: 695

35186111_2084311421842554_4359414311068631040_n

“Rusiya Federasiyasını Ermənistanın strateji tərəfdaşı saymaq olmaz.”

Karabakh.tv xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Lavrovun məlum bəyanatını şərh edərkən lragir.am saytına müsahibəsində politoloq Levon Şirinyan səsləndirib.

O, belə bir bir vəziyyətin yaranmasından narahat olduğunu dilə gətirərək qabaqlayıcı addım kimi Ermənistanın təhlükəsizlik orqanlarını, müdafiə nazirliyini Azərbaycana zərbələr endirməyə çağırıb:

“ Ancaq biz bu addımı atmaq iqtidarında deyilik. Çünki dayanıqlı dövlətimiz yoxdur. Azərbaycan isə artıq konkret fəaliyyətə keçib, yavaş-yavaş kəməndi tarıma çəkir. Elə bir məqam gələcək ki, nəyisə həll etmək çox çətin olacaq.”

Hazırladı: İbrahim RÜSTƏMLİ / Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*