Saytımıza xoş gəlmisiniz

Polkovnik V.Avetisyan: “Aprel döyüşləri bir daha göstərdi ki…”

Oxunma sayı: 694

36028639_2093978040875892_5754993986066448384_n

Karabakh.tv xəbər verir ki, ehtiyatda olan polkovnik Valodya Avetisyan “Erkrap” erməni könüllüləri ittifaqının sədri Manvel Qriqoryanla bağlı son hadisələri şərh edərkən “Erkrap”ın  buraxılması zərurəti haqqında danışıb. Bildirib ki, özünü doğrultmadığı üçün “Erkrap”ın bir təşkilat kimi fəaliyyətinə son qoyulmalıdır:

“Mənə könüllülər ittifaqının cəmiyyətdəki rolu hələ də aydın deyil. Çünki Aprel döyüşləri bir daha göstərdi ki, qanunla nəzərdə tutulmuş hərbi səfərbərlik həyata keçirilmədi.”

Polkovnikin fikrincə, “Erkrap” əvvəlki hakimiyyətin siyasi maraqlarına xidmət etmək üçün yaradılmışdır:

“Beş yaşından vətəndaşları ittifaqa üzv seçir, sonra bu resurslardan öz məqsədləri üçün bəhrələnirlər.”

Dünən “Erkrap”ın mərkəzi ofisində keçirilən növbədənkənar iclasda idarəetmə strukturlarının rəhbərlərinə Manvel Qriqoryanın sədrliyinin dayandırılması haqqında tapşırıq verilib.

Xatırladaq ki, “Erkrap” erməni könüllüləri ittifaqı ehtiyac yarandığı halda, xüsusilə fövqəladə hallarda ordunu qısa müddət ərzində şəxsi heyətlə komplektləşdirmək məqsədilə yaradılmışdır.

İbrahim Rüstəmli / Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*