Saytımıza xoş gəlmisiniz

“Polonez” ermənilərin yuxusunu qaçırıb

Oxunma sayı: 622

f5b0e6ee8a1d0a_5b0e6ee8a1d47-thumb

Azərbaycanın yaylım atəşli “Polonez” reaktiv sistemlərinə yiyələnməsi rəsmi İrəvanı xeyli əndişələndirib. Təsadüfi deyil ki, yerli erməni mediasında məsələnin geniş müzakirəsi Silahlı Qüvvələrimizin təşəbbüsü ələ alması üzərində qurulub. Bu sırada yüksək çinli məmurlar tərəfindən səslənən bəyanatlar da xüsusi vurğulanmalıdır.

“Belorusun Azərbaycana yaylım atəşli “Polonez” reaktiv sistemlərini satması məntiqə sığmır.”

Bu sözləri Ermənistanın xarici işlər nazirinin müavini Ruben Rubinyan “Azadlıq” radiostansiyasına müsahibəsində deyib. Bildirib ki,  özümüzə dost saydığımız, müxtəlif formatda əlaqələr qurduğumuz, müttəfiq bir ölkənin Ermənistanla konflikt yaşayan Azərbaycana geniş döyüş imkanlarına malik silah-sursat satmasına təəssüflənirik. Biz bu məsələni müvafiq qaydada müzakirəyə çıxaracağıq. Çünki Ermənistan-Belorus müttəfiqliyi və dost münasibətləri bu addımın hazırkı münasibətlərlə üst-üstə düşmədiyindən xəbər verir.”

Xatırladaq ki, yaylım atəşli “Polonez” reaktiv sistemləri  “İsgəndər” çevik-taktiki raket komplekslərinə ideal alternativ kimi dəyərləndirilir.

Hazırladı: İbrahim RÜSTƏMLİ / Karabakh.tv

Yazılmış şərhlər: 1

  1. Zaur Ustac deyir ki:

    Sözün əsl mənasında “…” bu səs üçün qəribsəmişik… Təşəkkürlər İbrahim müəllim və redaksiya heyyəti. Var olun.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*