Saytımıza xoş gəlmisiniz

“Pompeo Qarabağ münaqişəsindən uzaq qalacaq” – Almaniyalı politoloq

Oxunma sayı: 90

alexandr-rar8234234_1514366946_1521201021

“Rusiya ilə münasibətlərdə ABŞ-ın müsbət istiqamət tutacağına əmin deyiləm, ABŞ-ın yeni siyasətinin necə olacağı barədə danışmaq tezdir. Amma Pompeo Tilersondan fərqli olaraq daha çox peşəkar siyasətçi və diplomatdır. Pompeo köhnə kəşfiyyat lideri olaraq daha məlumatlı, Rusiyaya qarşı kəskin mövqeyə sahibdir”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı politoloq Aleksandr Rar, ABŞ dövlət katibi Reks Tillersonun istefası və keçmiş kəşfiyyat başçısı Mayk Pompeonun təyinatı ilə əlaqədar vəziyyəti şərh edərkən deyib.

Rar, Rusiyanın və Ukraynanın, həmçinin İranın nüvə proqramında heç bir irəliləyiş gözləmədiyini bildirib.

Cənubi Qafqazda ABŞ siyasətinin mümkün dəyişikliyinə toxunan politoloq, Tillersonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı kifayət qədər mövqeyə malik olmasına baxmayaraq, ABŞ Dövlət Departamentində diplomatik fəaliyyəti dövründə Qarabağ münaqişəsinin dəyişməsinə nail ola bilmədiyini qeyd edib.

“Lakin hesab edirəm ki, ABŞ prezidenti Trampın laqeyd mövqeyini və ABŞ-ın problemlərinə və ABŞ-ın inkişafına diqqət ayırmaq arzusunu nəzərə alaraq, yeni dövlət katibi də Cənubi Qafqaz məsələlərindən və Qarabağ münaqişəsindən uzaq qalacaq. Buna baxmayaraq, Rusiyanın bölgədəki təsirləri və mövcudluğu Trampın Cənubi Qafqaza olan marağını artıracaq”, – deyə Rar qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*