Saytımıza xoş gəlmisiniz

Prezident İlham Əliyev Türkiyədə TANAP layihəsinin açılış mərasimində iştirak edib

Oxunma sayı: 161

ilham_aliyev_president_291217_1

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

TANAP layihəsinin istismara verilməsinə həsr olunmuş mərasim açıq elan olundu.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Daha sonra Şimali Kiprin lideri Mustafa Akıncı, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Ukrayna Prezidenti Petro Poroşenko, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

Çıxışlardan sonra TANAP layihəsi işə salındı.

Sonda birgə foto çəkdirildi.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*