Saytımıza xoş gəlmisiniz

Prezidentin ABŞ səfərini önəmli edən nədir?

Oxunma sayı: 123

hikmet_babaoglu

“Bu,Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bir daha dünyaya çatdırılması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi baxımından önəmlidir”

“BMT kimi mötəbər təşkilatın Baş Assambleyasının tədbirlərində iştirak etmək şübhəsiz ki, hər dövlətin marağında olan məsələdir”.

Bu barədə “Sherg.az”a Prezident İlham Əliyevin ABŞ səfərindən gözləntiləri barədə danışarkən siyasi elmlər doktoru, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O bildirib ki, təşkilatın üzvü olan ölkələrin dövlət başçılarının görüşündə milli dövlət öz maraqlarından irəli gələn məsələləri diqqətə çatdırmaq üçün mötəbər platforma əldə etmiş olur:

“Eyni zamanda dünyanın siyasi nizamının aktual problemləri məhz belə tədbirlərdə müzakirə olunur. Bu, həm həqiqətlərin, obyektiv informasiyaların dövlət və hökumət başçılarına çatdırılması, həm də qarşılıqlı dialoqun qurulması, əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Səfər çərçivəsində artıq ölkə başçısının bir neçə görüşləri olub. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) təmas qrupu ilə toplantı keçirilib. İƏT-ə üzv olan ölkələrin iştirakı ilə təmas qrupunun yaradılması Azərbaycanın təklifidir. Bu təşkilata daxil olan ölkələrin məlumatlandırılması məqsədi daşıyır. Düşünürəm ki, bu, vacib məsələdir.

Bütövlükdə belə əhəmiyyətli tədbirdə ölkə başçısının iştirak etməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bir daha dünyaya çatdırılması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi baxımından önəmlidir. Bu məsələlərin dilə gətirilməsi ilə dünya ictimaiyyətinin diqqətini münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə cəlb edilməsi baxımdan aktualdır. Hesab edirəm ki, Nyu-Yorkda keçirilən görüşlərdə bir daha Azərbaycan həqiqətləri dünyaya çatdırılacaq, dövlətimizin məqsədləri ön plana çəkilərək, nümayiş etdiriləcək”.

Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas debatlarda Azərbaycan prezidenti İlham Əliyevin bu gün çıxışı gözlənilir.

Karabakh.tv

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*