Saytımıza xoş gəlmisiniz

Professor İbrahim Öztək: Yerevanda Njdeyə heykəl qoyulması hitlerçiliyin açıq-aşkar təbliğatıdır

Oxunma sayı: 60

1571178664407308111_1000x669

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışında qaldırılan məsələlər erməni milliyyətçilərinin illərlə xalqlarımıza qarşı törətdikləri bəşəri cinayətlərin ifşası baxımından çox əhəmiyyətlidir. Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş erməni Qaregin Ter-Arutyunyana Yerevanda heykəl qoyulması hitlerçiliyin açıq-aşkar təbliğatıdır. Sözsüz ki, bu yanaşma erməni toplumunda ancaq faşizm prinsiplərini formalaşdıra bilər ki, Ermənistan rəhbərliyinin də məqsədi elə budur.

Karabakh.tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış türkiyəli professor İbrahim Öztək mövzu ilə bağlı fikir və mülahizələrini bölüşərkən söyləyib.

Dünyadakı ikili standartların bəşəri faciəyə çevrilməkdə olduğunu vurğulayan İbrahim Öztək əminliklə bildirib ki, əslində, dünya ictimaiyyəti bu mövzunun nə qədər ciddi təhlükə olduğunun fərqindədir. Professor deyib: “Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunlardan Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı qanunsuz fəaliyyətindən, o cümlədən bu bölgədən narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə etmələrindən, istismar vaxtı çoxdan keçən “Metsamor” atom elektrik stansiyasının bölgəyə fəlakət vəd etməsindən, Türkiyəyə qarşı iddia edilən saxta “soyqırımı” anlayışının uydurma olmasından bəhs edib. Əgər dünya ictimaiyyəti bütün bu faktlara yenə laqeyd yanaşarsa, o zaman regionda baş verəcək bütün xoşagəlməz hadisələrə görə Ermənistanla bərabər, beynəlxalq təşkilatlar da məsuliyyət daşıyacaq”.

Sabir Şahtaxtı

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*