Saytımıza xoş gəlmisiniz

Putin Paşinyanın KTMT baş katibliyi barədə təkliflərilə razılaşmayıb

Oxunma sayı: 69

12635762_1535788774_1536131756_1536396180_1536561252

“KTMT baş katibi ilə bağlı məsələ əməkdaşlıq və ittifaq ortamında həll edilməlidir”. 

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bazar günü dərc olunan “Kommersant” nəşrinə verdiyi müsahibədə bəyan edib.

O, baş katib vəzifəsi üçün Ermənistanın müddəti olduğunu və onun rəhbəliyindəki şəxsin soyadının bir o qədər də əhəmiyyət daşımadığını deyib.

“Baş katib vəzifəsində Ermənistan nümayəndəsinin fəaliyyəti üçün müddət var. Bu müddət tükənməyib. Bizim ən azı bir il yarım vaxtımız var. Baş katibin soyadının nə olduğu vacib deyil. Nəzərdə tutulduğu kimi ayrılan bütün müddət boyu baş katib Ermənistan nümayəndəsi olmalıdır”.

Jurnalistin “Vladimir Putin Paşinyanın fikri ilə razılaşıbmı?” sualına Paşinyan bu şəkildə cavab verib: “Biz bu məsələ ilə bağlı nə vaxt razılığa gəlsək, o zaman bu barədə məlumat verəcəyik”.

O əlavə edib ki, Azərbaycanla müharibə baş verdiyi halda KTMT Ermənistana köməyə gəlməlidir.

“Biz mexanzimlər yaratmalıyıq ki, bu real olaraq baş versin. Müqavilənin əsas tərkibi, mənası budur. Lakin müqavilədə nə yazılıbsa, onun realda baş verməsi üçün mexanzimlər hazırlanmalı və zəmanət yaradılmalıdır. Bizim üçün bu çox vacib məsələdir”.

Alpər Mövludoğlu

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*