Saytımıza xoş gəlmisiniz

Qənirə Paşayeva AŞ PA-da keçirilən müzakirələrdə Ermənistanı Azərbaycan əleyhinə yalanlar yaymaqda ittiham edib

Oxunma sayı: 140

ganira_pashayeva_pace_250618

Millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva AŞ PA-da “Sosial media: sosial tellər və ya insan haqlarına hədələr” mövzusunda müzakirələrdə Ermənistanı, erməni diasporu və lobbisini və bəzi siyasi gücləri sosial media vasitəsilə Azərbaycan əleyhinə yalanlar yaymaqda ittiham edib.

Trend-in məlumatına görə, Q.Paşayeva çıxışı zamanı deyib ki, sosial media gündəlik həyatımızın bir hissədir:

“Sosial medianın cəmiyyətimizin rifahına və inkişafina verdiyi müsbət töhfələri yüksək dəyərləndirirık. Amma fərdlər və cəmiyyətimiz üçün sosial medianın böyük faydalı potensialına baxmayaraq, onlardan sui-istifadə də bizim fərdi hüquqlarımıza və rifahımıza, demokratik institutların fəaliyyətinə və cəmiyyətlərimizin inkişafına kiber-qorxutma, kiber-təqib, nifrət nitqi,zorakılıq və diskriminasiyaya təhrik, dezinformasiya və ictimai rəyin manipulyasiyası və siyasi proseslərə təsir etmə kimi çox saylı ziyanlı fəsadlara yol açır. Və çox təssüf ki sosial mediada sui-istifadələr artır və bunun nəticəsində biz hamımız artıq onun zərərlərini də ciddi hiss edirik”.

Deputat vurğulayıb ki, bu gün söz azadlığı adı altında saxta informasiyalar yayanların sayı artır:

“Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bununla bağlıbeynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan da dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycan saxta informasiya təcavüzünə məruz qalır. Bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraqyayılır. Ermənistan başda olmaqla bəzi ölkələrin, bir sıra siyasi güclərin, erməni diaspor və lobbisinin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Belə saxta informasiyalar ölkəmizdə olmayan, onu yaxşı tanımayanlarda yanlış fikirlərin formalaşmasına səbəb olur. Bu, bizi ciddi narahat edir. Saxta informasiyalarla fəal mübarizədə birlikdə səylərimizi daha da gücləndirməliyik və biz qətnamə layihəsində bu istiqamətdə öz əksini tapan məsələləri dəstəkləyirik.

Terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamofobiyanı və antisemitizmi gücləndirən qrupların sosial şəbəkələrdə artan fəallığı da hamımızı ciddi narahat etməlidir. Yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıyıq”.

Q.Paşayeva qeyd edib ki, quruma bütün üzv ölkələrdə jurnalistlər, siyasətçilər və özəlliklə gənc nəsillərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsi, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsi kimi tədbirlərin artmasına ciddi ehtiyac var: “Əks halda biz getdikcə sosial mediadan sui-istifadənin verdiyi ağır nəticələri hamımız daha da çox hiss edəcəyik. Ona görə də qətnamə layihəsində əz əksini tapan təklif və çağırışlar istiqamətində üzv ölkələrdə çalışmalar daha da genişlənməli, internet şirkətləri bu məsələlərə xüsusi diqqətlə yanaşmalı və tədbirlər görməlidir”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*