Saytımıza xoş gəlmisiniz

“Qərbi azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməməsi ən böyük səhv idi”

Oxunma sayı: 124

141990

Azərbaycanlıların Ermənistandan deportasiyasının təqribən yüz ildən böyük bir tarixi var. Ata-baba torpaqlarımızdan ən azı iki milyondan atrıq insan deportasiya olunub. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə. Sonuncu və böyük bir dalğa 1988-ci ildə gəldi.

Azərbaycanlıların hamısı Ermənistandan deportasiya olundu. SSRİ-nin mövcud olduğu 70-il ərzində də zaman-zaman Qərbi Azərbaycandan olan soydaşlarımız güclü deportasiyaya məruz qalıblar.

Hətta soydaşlarımızın deportasiya olunmaları barədə rəsmi qərarlar var. Təəssüflər olsun ki, biz bu məsələləri beynəlxalq aləmdə lazımi qədər qaldıra bilməmişik.

Biz bu məsələni beynəlxalq aləmə çıxararaq Ermənistandan nə tələb edə bilərik?

Məsələ ilə bağlı deputat Musa Quliyev  açıqlamasında deyib ki, bu çox mürəkkəb məsələdir:

 “O vaxt hamımız bir dövlətin ərazisində- SSRİ-də yaşayırdıq. Ermənistan SSRİ-də yaşayan 250 minə qədər azərbaycanlı, təxminən o qədər də Azərbaycanda yaşayan erməni Dağlıq Qarabağ hadisələri ilə əlaqədar daimi yaşadığı yerlərini tərk etdilər. Azərbaycanlıların demək olar ki, hamısı Azərbaycan SSRİ-yə , ermənilərin isə bir hissəsi Ermənistan SSRİ-yə, bir hissəsi Dağlıq Qarabağa, qalanları isə SSRİ-nin müxtəlif yerlərinə, əsasən, Rusiyaya köçdülər.

O vaxt ən böyük səhv, deportasiya olunan azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməməsi oldu. SSRİ dağılana qədər o insanların ata- baba yurdlarına qayıtmaq ümidi olsa da, sonrakı proseslər bu imkanı heçə endirdi. Sonra bu insanlara Azərbaycan vətəndaşlığı verildi ki, fikrimcə bu doğru addım idi”.

Deputat bildirib ki, bizim beynəlxalq məhkəmələrdə edə biləcəyimiz yeganə iş bu adamların mülki iddialarını mübahisələndirmək və dəyən maddi zərərləri ödəməyi Ermənistandan tələb etməkdir.

“O vaxtlar belə cəhdlər edildisə də bir nəticəsi olmadı. Bundan sonra da real bir dəstəyin ediləcəyini beynəlxalq aləmdən gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Tarixi torpaqlarımızın geri qaytarılması mübarizəsi  uzaq perspektiv olsa da, daha real görünür.

Biz siyasətimizi bu yöndə aparmalıyıq. Cənab Prezidentin də siyasi kursu bu istiqamətdədir. Güclü Azərbaycan dövləti və tarixin uyğun axarı bizi bu arzumuza çatdıracaq. Amma o torpaqların bizim tarixi yurdlarımız olduğunu həmişə gənc nəsillərin yaddaşında yaşatmalıyıq”.

Karabakh.tv

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*