Saytımıza xoş gəlmisiniz

“Qaçqınkom”da İNTİHARA CƏHD: Onu müğənni Manaf Ağayev xilas etdi – FOTO

Oxunma sayı: 70

1534158913_39044795_697702583902024_7847084457302425600_n

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olub.

Məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.

Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.

Komitənin mətbuat xidmətindən bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: “Şikayətçinin əslində, mənzili var. Digər mənzili ilə bağlı yaranmış problemin həlli isə komitənin səlahiyyətlərinə aid deyil. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın narazı qalmaması üçün lazım olan addımlar atılacaq”.

Bakupost

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*