Saytımıza xoş gəlmisiniz

Qarabağ ermənilərinə qoyun paylanılır – Fransa Protestant kilsəsi tərəfindən…

Oxunma sayı: 1. 022

34647359_1534888999974153_1122642745379258368_n

Hər imkansız ailəyə 4 qoyun verilir – amma 20 ay ərzində heyvanları kəsə və ya sata bilməzlər…

“Fransız Protestant Kilsəsi və Ermənistan arasında Saziş” xeyriyyə təşkilatı” (“SPFA”)  Martuni rayonunun  Taqavard kəndində 10 imkansız   ailəyə hər birinə 4 olmaqla 40 qoyun  bağışlayıb.

“KarabakhTV”  xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. Bu barədə  jurnalistlərə “SPFA”nın Qarabağ ofisinin nümayəndəsi Lilit Minasyan bildirib.

“Maldarlıq və qoyunçuluğun  inkişafına dəstək proqramına görə bu ailələr onlara verilmiş qoyunları 20 ay ərzində kəsə və sata bilməzlər”, – L. Minasyan bildirib. Onun sözlərinə görə, “SPFA” işğal altındakı Azərbaycan torpaqlarında bu proqramı 2004-cü ildən həyata keçirir. Layihəyə Əsgəran bölgəsinin Xaçen kəndində start verilib.. Sonuncu dəfə 2016-cı ildə  bu proqram  çərçivəsində Əsgəran rayonunun Xramort kəndində 17 ailəyə qoyun verilmişdir.

Sultan Laçın

34685774_1534889406640779_5951820680700887040_n

Yazılmış şərhlər: 1

  1. Sevindik deyir ki:

    Bizdə olsaydı 2 sin icra hakimiyyəti əllərindən almışdı)))

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*