Saytımıza xoş gəlmisiniz

Qarabağ: Folklor da bir tarixdir

Oxunma sayı: 417

Məlum olduğu kimi, “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” layihəsi çərçivəsində “Qarabağ: Folklor da bir tarixdir” oncildliyi artıq işıq üzü görüb. Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanovdur.

Kitab, Qarabağ folkloruna aid, özündə milli-mənəvi dəyərləri ehtiva edən kifayət qədər zəngin şifahi xalq ədəbiyyatı  materialları ilə tərtib olunmuşdur və tarixilik baxımından əvəzsiz mənbə rolunu oynayır.

Karabakh.tv-nin bugünkü çəkilişi “Qarabağ: Folklor da bir tarixdir” oncildliyinin araya-ərsəyə gəlməsində böyük xidmətləri olan, Folklor İnstitunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*