Saytımıza xoş gəlmisiniz

Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

Oxunma sayı: 165

aq1498163501

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır.

 Bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin saytında bildirilir.

Məlumatda deyilir ki, 2 ölkənin liderləri atəşkəs rejiminin saxlanmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar oldularını dəfələrlə bəyan ediblər.

“Aİ həm sözdə, həm də əməldə gərginliyin azaldılmasını və təmkinliyin göstərilməsini gözləyir. Təşkilat ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirir və münaqişə zonasında gərginliyin azaldılması üçün tərəfləri dərhal tədbirləri müzakirə etməyə çağıran 19 iyun tarixli bayənata qoşulur”, – məlumatda deyilir.

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*