Saytımıza xoş gəlmisiniz

“Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” – Jonatan Lakot

Oxunma sayı: 103

37000464_2596500480576104_5453748531862962176_n_1531384887

“Ötən gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü danışıqlar prosesinin indiki mərhələsində çox gözlənilən və arzu olunan idi”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı Fransanın Ermənistandakı səfiri Jonatan Lakot bildirib.

“Dünən Bruseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Bu danışıqlar prosesinin indiki mərhələsində çox gözlənilən və arzu olunan idi. Fransa öz mövqeyinə sadiq olaraq qalır. Bu münaqişənin hərbi yolla həlli ola bilməz”, – deyə səfir qeyd edib.

Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*