Saytımıza xoş gəlmisiniz

Qarabağ qazisi “ASAN-xidmət”də işlə təmin olunub – FOTO

Oxunma sayı: 137

31176021_186765912121443_3762759172295229440_n-1524469348

Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən Natiq Mehdiyev “ASAN-xidmət” mərkəzində işlə təmin olunub.

AzVision.az-ın məlumatına görə, Natiq Vəli oğlu Mehdiyev 2018-ci il 13 aprel tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar xidmətlərin təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilib.

N.Mehdiyev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

Qarabağ qazisi ona göstərilən etimada görə “ASAN-xidmət” rəhbərliyinə təşəkkür edib: “İş üçün müraciət etdim, sağ olsunlar qəbul etdilər. Bundan sonra da xalqıma ləyaqətlə xidmət edəcəyəm”.

Anar Kəlbiyev
AzVision.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*