Saytımıza xoş gəlmisiniz

Qarabağ separatçılarının başçısı Bako Saakyan amerikalı xeyriyyəçidən yardım umur

Oxunma sayı: 51

44987457_544467682632891_7730233927780007936_n

Kifayət qədər çətin və mürəkkəb vəziyyətdə olan, siyasi tənəzzülə uğrayan Ermənistanda iqtisadi vəziyyət də o qədər ürəkaçan deyil. Sözsüz ki, Ermənistanda cərəyan edən hadisələr qondarma “DQR”-ə də öz mənfi təsirini göstərməkdədir. Bu da artıq hamıya məlumdur ki, xaricdə yaşayan zəngin ermənilər Ermənistandakı acınacaqlı vəziyyətə, qeyri-sabitliyə görə öz xeyriyyəçiliklərindən yavaş-yavaş imtina edirlər. Son nəticə olaraq Ermənistan qondarma “DQR-ə əlini uzada bilmir.

Belə olan halda Qarabağ separatçılarının başçısı Bako Saakyan özü kimlərəsə əl açmaq məcburiyyətində qalır.

Oktyabrın 28-də Bako Saakyanın Amerikada yaşayan erməni əsilli xeyriyyəçi Mayk Saryanla Xankəndi şəhərində keçirdiyi görüş də bu məqsədi daşıyıb. Bako Saakyan amerikalı qonağına qondarma respublikadakı səhiyyənin vəziyyəti haqqında geniş məlumat verib. Və bu sahədə yeni layihələrin gerçəkləşdirilməsi üçün onun kömək etməsini xahiş edib.

Sözsüz ki, hələ Ermənistana və qondarma rejimə əl tutanlar tapılacaq. Amma nə vaxta qədər? İşğalçılıq siyasətinə görə hər şeydən, böyük layihələrdən təcrid olunan Ermənistan öz vətəndaşlarını nəhayətdə səfil vəziyyətinə salmayacaqmı? Bəli, artıq bu yolun başlanğıcı görünür…

İlham Cəmiloğlu

Karabakh.TV 

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*