Saytımıza xoş gəlmisiniz

Qarabağda əcnəbi cütlük toy libasında separatçı rejimdən “viza” almağa gəldi – FOTOLAR

Oxunma sayı: 125

184491

İyunun 19-da Azərbaycanın işğal altındakı Xankəndi

şəhərində əcnəbi qadın və kişi toy libasında qondarma rejimin “xarici işlərlə” məşğul olan qurumunun “konsulluq” bölməsinə viza almağa gəliblər.

Moderator24.com xəbər verir ki, separatçı nəşrlərin yaydığı informasiyaya görə, bu haqda məlumatı sözügedən saxta qurum öz “Tvitter“ səhifəsində paylaşıb. Məlumatda qeyd olunub ki, bu, ilk belə olaydır. Görkəmlərindən daha çox Çin, yaxud Yaponiya sakinlərinə bənzəyən, əllərində qondarma qurumun bayrağını tutmuş əcnəbilərin konkret ad-soyad və vətəndaşlıqları açıqlanmır.

P.S. Yəqin ki, Azərbaycan Xarici İşlər Nazirliyi separatçı rejimin növbəti hoqqasının nədən ibarət olduğunu aydınlaşdıracaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*