Saytımıza xoş gəlmisiniz

Qarabağda Ermənistana 3-CÜ YOLUN ÇƏKİLİŞİNƏ START VERİLDİ

Oxunma sayı: 155

28829234_1425596250903429_1581100007_n

Xəbər verildiyi kimi, işğalçı Ermənistan və Xankəndindəki  separatçı-terrorçu rejim işğal altındakı Azərbaycan ərazilərini Ermənistanla birləşdirəcək 3-cü yolun çəkilməsi haqda qərar  verib. “KarabakhTV” xəbər verir ki, artıq Kəlbəcər rayonu ərazisində Kəlbəcər-Norabak- Zod yolunun inşaatı işlərinə start verilib. Bu haqda erməni jurnalistlərə özünü qondarma rejimin “şəhərsalma nazirinin müavini” kimi təqdim edən  Pavel Nacaryan məlumat verib. Onun sözlərinə görə, hazırda yolun keçəcəyi ərazidə hidrogeoloji tədqiqatlar aparılır.

28721969_1425596004236787_1329131274_n

Qeyd edək ki, sözügedən qanunsuz yolun Ermənistanın Geqarkunin vilayətinin Zod kəndindən Kəlbəcər rayonunun mərkəzinə qədər 26 kilometr məsafəni əhatə edəcək və 2019-cu ilin əvvəlində istifadəyə veriləcəyi planlaşdırılıb.

Görünür, bu yolun  çəkilişində Kəlbəcərə qanunsuz turist axını cəlb etmək marağı da güdülür.

Bir daha xatırladaq ki,  Dağlıq Qarabağla Ermənistanı birləşdirən digər 2 yol  da mövcuddur. Bunlar Gorus-Xankəndi və Göyçə(“Vardenis”)-Ağdərə yollarıdır. Ermənistanın növbəti təxribatı Dağlıq Qarabağa əlavə dəhlizlər yaratmaqla   mənasız danışıqlardakı  düyün nöqtələrinin sayını dah da artırır…

Sultan Laçın

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*