Saytımıza xoş gəlmisiniz

“Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər” – Avropalı ekspert

Oxunma sayı: 191

435_1525763387_1525961943_1527320325

“Təhlükə var. Ermənistanda qeyri-müəyyənliyin dərinləşməsi Qarabağdakı hərbi əməliyyatların yenidən başlanmasına səbəb ola bilər”. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Avropalı ekspert Cef Mankof Ermənistanda baş verən inqilabdan sonra Qarabağ münaqişəsinin gələcəyi barədə danışarkən bildirib.

Mankof, Ermənistanda baş verən inqilab ardından siyasi vəziyyətin sabitləşməsindən sonra Dağlıq Qarabağ münaqişəsində hansı inkişaflar baş verə biləciyinə toxunub.

“İndiki məqamda bu barədə hər hansı bir proqnoz vermək çətindir. 2016-cı il aprelin döyüşləri münaqişənin həll olunmasının gələcəyinə dair qeyri-müəyyənliyə səbəb olub. Aprel döyüşlərinin gedişi, xüsusilə Ermənistan ordusunun müharibəyə hazır olmaması əvvəlki rəhbərliyinin nüfuzuna mənfi təsir göstərib”, – deyə o bildirib.

Ekspertin fikrincə, Ermənistanda daxili siyasi məsələlərin dərinləşməsi hərbi toqquşmanın bərpasına gətirib çıxara bilər.

“Bəli, təhlükə mövcuddur. Ermənistanda qeyri-müəyyənliyin dərinləşməsi Qarabağdakı hərbi əməliyyatların yenidən başlanmasına səbəb ola bilər”, – deyə Mankof qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*