Saytımıza xoş gəlmisiniz

“Qarabağda inanılası çox az adam var”

Oxunma sayı: 433

received_2087483164858713

Karabakh.tv xəbər verir ki, Samvel Babayan həbsxanadan çıxandan sonra verdiyi müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. Qeyd edib ki, Qarabağa mümkün qədər sülh şəraitində yaşamaq imkanı vermək lazımdır. Yəni müharibə ehtimalını imkan daxilində neytrallaşdırmaq  günün ən böyük tələbidir.

Daha sonra Qarabağa getməməsinin səbəbləri haqqında danışan S.Babayan burada inanılası çox az adamın olduğunu vurğulayıb və nəsillərin dəyişməsini özünəməxsus müdafiə qatı adlandırıb. Həmçinin qeyd edib ki, müharibə ehtimalının neytrallaşdırılması strateji perspektivə aid olan məsələdir:

“Yeni hakimiyyət sabiqlərdən təhvil götürdüyü ”sabahkı müharibə”yə hazırlıq işini yalnız bu problemin gələcək nəsillər tərəfindən necə həll olunacağını nəzərə almaq şərtilə  reallaşdırmalıdır.”

Xatırladaq ki, yeni erməni gəncliyi nəinki müharibə haqqında düşünmək niyyətində deyil, onlar ümumiyyətlə, Qarabağda hərbi əməliyyatlara qatılmağı ağılsız addım, yersiz risk, mənasız ölüm adlandırılar…

Hazırladı:İbrahim Rüstəmli 

 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*