Saytımıza xoş gəlmisiniz

Qarabağda ölən erməni əsgər haqqında yeni məlumatlar açıqlanıb

Oxunma sayı: 36

2018/11/45645-1541570879.jpg

İşğal altında olan Qarabağda ölən erməni əsgəri hərbi xidmətə 4 ay əvvəl çağırılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 08:25 radələrində Qarabağda qanunsuz dislokasiya olunan hərbi hissələrindən birinin nəzarət buraxılış məntəqəsindən 70 m uzaqlıqda yerləşən dəmir körpünün yaxılığında 2000-ci il təvəllüdlü erməni əsgəri Aristakes Eduardoviç Azadyan, ona təhkim edilmiş AK-74 tipli silahdan, özü-özünə alt çənə hissəsindən atəş açmaqla, aldığı odlu silah yarasından ölüb.

Ölən erməni əsgəri Ermənistanın Kotayk vilayətinin Proşyan kənd sakini olub. Kənd icra nümayəndəsi Artur Muradyan bildirib ki, ölən hərbi qulluqçu 4 ay bundan əvvəl hərbi xidmətə çağırılıb.

Onun sözlərinə görə, ailə 2 qardaş, ana, ata və babadan ibarətdir. Qardaşı müəyyən səbəblərə görə hərbi xidmətdən bir neçə il müddətinə azad edilib. Babasının adını daşıyan ölən hərbi qulluqçunun xidmətindən heç zaman şikayətlənmədiyi qeyd olunub.

Hadisə ilə bağlı 1-ci qarnizon istintaq şöbəsində araşdırma aparılır.

Alpər Mövludoğlu 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*