Saytımıza xoş gəlmisiniz

Qarabağda siyasi qarşıdurmalar

Oxunma sayı: 186

34493174_2080093155597714_4082201835996184576_n

Karabakh.tv xəbər verir ki, Qarabağda qondarma siyasi rejimlə dinc əhali arasında yaranan müəyyən qarşıdurmalar günbəgün daha da artır. Ermənistanda ən müxtəlif səviyyələrdə bununla bağlı narahatlıqlar ifadə olunur. Lakin siyasi stabilliyi qorumaq məqsədilə informasiya axınının qarşısını ciddi-cəhdlə almağa meyilli qüvvələr bunu illüziya adlandırır.

Əslində isə ictimaiyyətin əksər hissəsini əhatə edən sosial-məişət xarakterli narazılıqlar siyasi fonda ifadə olunur və öz miqyasına görə günbəgün böyüyür. Bu isə sonda vəziyyətin nəzarətdən çıxacağı ehtimalını daha da artırır.

Bəz məlumatlara görə, hadisələrin müvafiq istiqamətə yönləndirilməsi İrəvandakı müəyyən siyasi qruplaşmaların məqsədli şəkildə həyata keçirdiyi planın tərkib hissəsinə daxildir.

Bununla belə, rəsmi İrəvan özünü ilk baxışdan sakit aparmaqla “başqasının” işinə qarışmadığını göstərmək istəyir. Lakin bütün bunların arxasında Paşinyanın siyasi məqsədlərinin dayandığını açıq şəkildə bəyan edənlər də az deyil. Məsələ burasındadır ki, yeni baş nazir Qarabağ klanında da özünün siyasi tərəfdarlarını, başqa sözlə desək, həmfikirlərini görməkdə israrlıdır.

Beləliklə, İrəvan ermənilərilə Qarabağ erməniləri arasında ilk gündən davam edən nüfuz davası bu gün özünün pik həddinə doğru sürətlə irəliləyir. Bu mübarizədə kimin qələbə qazanacağını isə zaman göstərəcək. Hər halda, bu mübarizənin davamlı xarakter daşıması düşmən cəbhəsində müəyyən geriləmələrə yol aça, qondarma rejim haqqında beynəlxalq aləmdə obyektiv rəy formalaşdıra bilər.

Hazırladı: İbrahim RÜSTƏMLİ

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*