Saytımıza xoş gəlmisiniz

“Qarabağda yüksək gərginlik prosesi yaşanır” – EKSPERTLƏR

Oxunma sayı: 86

56456_1530340499

“Rəqib dərk edir ki, Ermənistan hələ müəyyən çətinlikləri dəf etmək mərhələsindədir. Ermənistanın yeni hakimiyyəti Qarabağ məsələsində yalnız bir qalmaqallı bəyanat verməklə kifayətlənib, proses hələ yerindən tərpənməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenqauer Azərbaycan və Ermənistan prezidentlərinin son dövrlərdəki bəyanatlarını və təmas xəttindəki mövcud vəziyyəti şərh edərkən bildirib.


Onun fikrincə, Azərbaycan tərəfi hərbi əməliyyatlar zamanı bu hakimiyyətdən döyüş meydanında nə gözləyə biləcəyini hələ təsəvvür edə bilmir.

“Bu hesablamalara görə yüksək gərginlik prosesi, Ermənistan hakimiyyətinin niyyətlərini və real gücünü ortaya qoyur. Bu cür münaqişələrdə böyük həcmdə görünməz diplomatik və hərbi iş aparıldığına görə, yalnız görünən tərəfi şərh etmək azdır”, – deyə o bildirib.


Hərbi ekspert Vladimir Yevseyev isə bildirib ki, ölkələrin rəhbərləri hər hansı ismarıc məqsədilə bir-birindən fərqlənən hərbi çağırışlı bəyanatlar verirlər.

“Bir fərq var, Ermənistanın baş naziri Azərbaycan tərəfinə cəbhədəki məcburi gərginliyi qəbul etmədiyini başa salır, əksinə cəbhədə daha dinc vəziyyət gözlədiyini iddia edir. O, ölkəsində çaxnaşma mühitinin yaranmaması və bütün bunların nəticəsində daxili siyasətdə başlanılmış proseslərin ziyan görməməsi üçün erməni cəmiyyətində möcvud narahatlığı aradan qaldırmağa çalışır”, – deyə hərbi ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*